
Uqandada qanlı hücum olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Qərbindəki məktəbə “Demokratik İttifaq Gücləri” tərəfindən gerçəkləşdirilən hücumda 25 nəfər öldürülüb, 8 nəfər yaralanıb.
İŞİD Terror Təşkilatı ilə bağlantılı olan “Demokratik İttifaq Gücləri” olayı Mpondve qəsəbəsində həyata keçiriblər.
Polis işçiləri olayı təsdiq ediblər.
Tərcümə: Arzu