Ülviyyə Alovlu polisdə tənbeh edilib

  • By admin
  • 27 İyul 2022 22:27

Vaxtilə jurnalist fəaliyyəti ilə məşğul olan Ülviyyə Alovlu tanınmış ictimai fəal Bəxtiyar Hacıyevə qarşı sosial şəbəkələrdə yazdığı təhqirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

Gununsesi.info-nun xəbərinə görə, özünə qarşı təhqirlərin DİN tərəfindən sanksiyalaşdırıldığını iddia edən Hacıyev bu qurumun rəhbərliyini sərt ifadələrlə tənqid edib.

Onun bu tənqidlərindən sonra Ülviyyə Alovlu polisə çağrılaraq, tənbeh edilib.

O, Hacıyevi bir daha təhqir etməyəcəyinə dair söz verib.

Onu da qeyd edək ki, bu gün Bəxtiyar Hacıyev də paytaxt polisinə dəvət edilib.

 

Gununsesi.info