
İyulun 26-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Mikayıl Cabbarovun sədrliyi ilə iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda öncə benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciəti dəyərləndirilib və benzin və dizel üzrə təchizat tariflərini müəyyən edib.
İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, bu qərar Aİ-92 benzinin və dizel yanacağının qiymət artımı, eləcə də nəqliyyatda gediş haqqının bahalaşması ilə əlaqədar gözləntiləri artırır:
“Bu qərar həmçinin SOCAR-ın ayrı-ayrı qurumlarının özəlləşdirməyə çıxarılmasına və ya idarəçilyə verilməsinə hazırlıq xarakteri daşıyır.
Şuranın digər qərarı ilə yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilib və dərmanların qiymətlərin müxtəlif səviyyədə (10-20-50 faiz intervallarında) 1 avqust 2022-ci il tarixindən bahalaşdırılıb.
Şuranın başqa bir qərarı ilə ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşdirilib. İmtahan qiymətləri üzrə yeni tariflər artırılıb. Belə ki, il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirililb. Eləcə də bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ) 45, ikinci mərhələ 50 manata qaldırılıb. Bundan əvvəl isə abituriyent yalnız bir iştirak üçün 40 manat ödəyirdi. Bu qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minib”.
Günay
Gununsesi.info