
Son bir həftə ərzində dünyada koronavirusa yeni yoluxma hallarının sayı 7,2 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Mütəxəssislər qeyd edirlər ki, yoluxmalar aprel ayındakı səviyyəsinə qayıdıb. Amma ölüm halları əksinə, azalıb. Son bir həftə ərzində dünyada COVID-19-dan 14 min nəfər dünyasını dəyişib, bu da bir həftə əvvəlkindən 3,6 min nəfər azdır.
Gununsesi.info