Ukraynaya tədarük ABŞ-ı silahsız qoya bilər

Ukraynaya silah tədarükü ABŞ ehtiyatlarını tükəndirib və Amerika ordusu üçün sursat çatışmazlığına səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Newsweek” yazıb.

Nəşrin məlumatına görə, NATO artıq belə bir vəziyyətlə 2011-ci ildə Liviyada və 2016-cı ildə İŞİD-ə qarşı əməliyyat zamanı qarşılaşıb. Hərbi hava qüvvələrinin dəqiq idarə olunan döyüş sursatlarının çatışmazlığı bəzi tərəfdaşların İslam dövləti ilə mübarizədən imtina etməsinə səbəb olub.

Çatışmazlığın qarşısını almaq üçün jurnal, hərbçilərə sursat tədarükçüləri ilə çoxillik müqavilələr bağlamağı, həmçinin Ukraynaya tədarük edilən köhnəlmiş sistemlər əvəzinə müasir və perspektivli olanları sifariş etməyi tövsiyə edir.

“Newsweek”-in yazdığına görə, Pentaqona “təriflənmiş HIMARS platforması” üçün MGM-140 ATACMS raketləri əvəzinə daha çox uzaqmənzilli “Həssas Zərbə” raketləri almalıdır.

Gununsesi.info