
Cəlilabadda arvadını baltalayan şəxs tutulub.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir.
09:20
Cəlilabad sakini birgə yaşadığı qadını baltalayıb.
APA xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda yaşadığı 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.
Gununsesi.info