
Almaniyanın İrandakı səfiri Hans Edo Motsel bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
İran XİN-in Qərbi Avropa üzrə baş direktoru Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləyib.
“Bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsi iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir edir. Bu təsirlərə görə Almaniya tərəfi məsuliyyət daşıyır”, – rəsmi açıqlamada bildirilib.
Gununsesi.info