Ukraynadan çıxarılan 170 azərbaycanlı ölkəmizə gətirilir

Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi prosesi davam etdirilir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu gün 170-ə yaxın soydaşımız Rumıniyadan Azərbaycana yola salınacaq.

Ötən gün isə 50 nəfərin Bakıya gətirilməsi təmin edilmişdi.

Qeyd edək ki, Moldova, Polşa, Slovakiyadan sonra Macarıstan da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını vizasız qəbul edir.

Gununsesi.info