Bakıda üç mərtəbəli bina alovlandı

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin yanar konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta konstruksiyalar 10 m² sahədə yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info