Prezidentin köməkçisi Xocalı soyqırımının şahidindən yazdı - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqrımının ildönümü ilə əlaqədar paylaşım edib.

Gununsesi.info xəbər verir ki, H.Hacıyev öz Tviter hesabında Xocalı faciəsinin şahidi barədə yazıb:

“Bu gözlər çox şey görüb! Posterdəki şəkil Xocalı soyqırımının sağ qalan şahidi Ləfxanıma aiddir O, Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri 1992-ci ildə, 9 yaşında azərbaycanlı jurnalistə danışıb və görüntüyə alınıb. Onun atası gözləri qarşısında öldürülüb. O, həmin anları unuda bilmir”.

Gununsesi.info