Ukrayna səfiri Xocalı abidəsi önündə diz çökdü - FOTOLAR

  • By admin
  • 26 Fevral 2022 18:12

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün Bakıda Xocalı soyqırımı abidəsini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, səfir ziyarətdən sonra Tviter-də paylaşım edib:
“30 il əvvəl baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələrinin qoyulmasında iştirak etdim.

Ukrayna Azərbaycan xalqının dərdinə şərikdir!”, – Vladislav Kanevski yazıb.

 

Gununsesi.info