Ukraynada xalq etiraza qalxdı: İstefası tələb edilən erməni nazir “şeytan” adlandırıldı…- VİDEO

Ukraynada xalq etiraza qalxdı: İstefası tələb edilən erməni nazir “şeytan” adlandırıldı…

Ukraynada Ali Radanın qarşısında Daxili İşlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə aksiya keçirilən aksiyada erməni əsilli nazir “şeytan” adlandırılıb.
Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Ali Radadan  Avakovun istefaya göndərilməsi və hüquq-mühafizə orqanlarında islahatların aparılmasını tələb edirlər.
Aksiya iştirakçıları “Polis dövlətinə yox!”, “Avakov, rədd ol!”, “0 faiz ictimai etimad”, “Avakov şeytandır! və digər şüarlar səsləndirib. Eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir.
Qeyd edilir ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinlənilməlidir.
Avakovdan narazılıq son dövrlərdə Ukraynada cinayət hadisələrinin çoxalmasından sonra daha da artıb. Jitomir vilayətində 7 nəfər güllələnib, Kaqarlıqda qız polis tərəfindən zorlanıb,  Brovarıda atışma baş verib və s.
Xatırladaq ki, Arsen Avakov Bakıda doğulmuş ermənidir.

Gununsesi.org

COMMENTS