Koronavirus belə əngəl ola bilmədi: Bu ölkədə iş adamları 3 ayda gəlirlərini yarım milyard dollar artırdılar

Koronavirus belə əngəl ola bilmədi: Bu ölkədə iş adamları 3 ayda gəlirlərini yarım milyard dollar artırdılar

ABŞ milyarderlərinin sərvəti son üç ayda 565 milyard dollar artıb

Gununsesi.org xəbər verir ki, pandemiya başlayandan ABŞ milyarderlərinin sərvətləri 500 milyard dollardan çox artıb. Bu barədə Amerika “Institute for Policy Studies” (siyasi tədqiqat institutu) qeyri hökumət təşkilatının hesabatında deyilir.

Varlananlar siyahısında başda birbaşa onlayn satış və ya internet xidmətləri ilə əlaqədar sahibkar və şirkət təsisçiləri yer tutur.

Hesabatı hazırlayanlar qeyd edir ki, pandemiya sadə amerikalıların vəziyyətinə artıq dərəcədə neqativ təsir göstərib. Belə ki, daha əvvəl əmək nazirliyinin dərc etdiyi hesabatda son 11 ayda ABŞ-da işsizlik üzrə müavinət almaq üçün müraciətlərin sayı 42 milyonu keçib.

Eyni zamanda siyasi tədqiqat institutunun ekspertləri ABŞda milyarderlərin sərvətlərinin 565 milyard artdığını vurğulayır.

Hazırda amerikan milyarderlərin əlində olan maddi sərvətlər 3.512 trilyon məbləğində dəyərləndirilir.

Bunların sırasında ilk üç yerə Ceff Bezos və keçmiş həyat yoldaşı Makkenzi Bezos (sərvətləri 36.2 və 12.6 milyard dollar artıb),

Gununsesi.org

 

COMMENTS