Baş Nazirdən polis zorakılığı ilə öldürülən afroamerikalı üçün diz çökərək etiraz –Video

Baş Nazirdən polis zorakılığı ilə öldürülən afroamerikalı üçün diz çökərək etiraz –

Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu addımı Ottava şəhərində fəalların təşkil etdiyi aksiya zamanı atıb. Məlumata görə, Tryudo mitinq başlayandan bir saat sonra mühafizəçilərilə birgə etirazçılara qoşulub.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.

 

 

Gununsesi.org

COMMENTS