
Azərbaycan Ədliyyə nazirliyi Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydoyyatına alınmasından imtina edib. Bu barədə partiyanın yaydığı bılumatda deyilir.
Nazirlik partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir.
Partiyanın məlumatında isə nazirliyin bu iddiasının əsassız olduğu, bütün məlumatların qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir.
Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün “əsas göztərmək istəyir.
Məlumata görə ki, bununla nazirlik pariyaya qanuni fəaliyyət üçün şərait yaratnaq istəmədiyini nümayiş etdirir.
Xatırladaq ki, ADR Pariyası 2021-ci ilin oktyabrında təsis qurultayı keçirib. 2021-ci il noyabrın 11-də ını qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bundan 3 ay keçməsinə baxmayaraq baxmayaraq partiya həklə də dövlət qeydiyyatın aalınmayıb.
Gununsesi.info