
Xəbər verdiyimiz kimi, Ukraynada həlak olan azərbaycanlı snayper Elnur Həsənovun nəşi ölkəmizə gətirilərək ailəsinə təhvil verilib.
Gununsesi.info-nun Bizim.Media-a istinadən verdiyi xəbərə görə, Elnur Həsənov Goranboyda dəfn edilib.
Qeyd edək ki, mərhum ikinci Qarabağ Müharibəsinin iştirakçısıdır, ailəli olub, iki övladı var.
Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb. O, “Alik” ləqəbi ilə tanınıb.
Elnur Kəlbəcər rayonunun Cəmilli kənd qeydiyyatında olub, Goranboy rayonun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb.
Gununsesi.info