
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən vəfat edib.
Bu barədə Gununsesi.info-ya ali təhsil ocağının mətbuat katibi Sevinc İsgəndərova deyib.
Onun sözlərinə görə, Sona Qarazadə universitetin əlaçı tələbələrindən idi.
AzTU-nun rəhbərliyi və kollektivi Sona Qarazadənin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!
Gununsesi.info