“Belarus sərhədimizə “İskəndər-M”lər yerləşdirir” - Ukrayna ordusu

  • By admin
  • 29 Mart 2022 00:09

Belarusun Qomel vilayətində “İskəndər-M” əməliyyat-taktiki raket komplekslərinin buraxılış qurğularının Ukrayna istiqamətində yerdəyişməsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna xalqının Rusiya hücumuna qəhrəmancasına müqaviməti 33-cü sutkadır ki, davam edir. Düşmənin əsas səyləri işğal edilmiş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpası hazırlıqlarına yönəlib”, – deyə qurumdan bildirilib.
Gununsesi.info