
“Palmali Holding” 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramının davam etdiyini elan edir.
Gununsesi.info bildirir ki, bu təqaüdlər 2022-2023-cü tədris illərini əhatə edəcək.
Bu təqaüd proqramının əsas məqsədi tələbələrə maliyyə dəstəyi göstərmək, onların təhsillərini davam etdirməsinə təşviq etməkdir.
Qeyd edilib ki, 2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.
Təqaüd üçün 100 azərbaycanlı tələbə seçiləcək.
* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr
* Şəhid ailəsinin üzvləri olan tələbələr
* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr
* Maddi vəziyyəti çətin olan tələbələr
“Palmali”nin yeni təqaüd proqramı qeydiyyat tarixi 2022-ci il aprel ayının 1-30 tarixləri arasında başlayacaq.
Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri palmaliegitim@gmail.com elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.
Xatırladaq ki, bu Palmali Holding tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.