
ABŞ Prezidenti Co Baydenin elan etdiyi ABŞ-nin Ukraynaya yeni 200 milyon dollarlıq hərbi yardım paketi sonuncu paketlərdən biri ola bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.
“Konqres əlavə yardımla bağlı hərəkətə keçməsə, bu, Ukraynaya təmin edə biləcəyimiz son təhlükəsizlik yardım paketlərindən biri olacaq”, – Blinken mətbuata açıqlamasında bildirib.
Açıqlamaya görə, paketə hava hücumundan müdafiə sursatları, hava hücumundan müdafiə sistemi komponentləri, yüksək hərəkətli artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları, artilleriya sursatları (o cümlədən 155 mm və 105 mm), yüksək sürətli radiasiya əleyhinə raketlər, zireh əleyhinə sursatlar, atıcı silahların sursatları, söküntü paketi, HESCO maneələri və ehtiyat hissələri, yardımçı avadanlıq, xidmətlər, təlim və nəqliyyat vasitələri daxildir. Xatırladaq ki, Ukraynaya yeni hərbi yardım paketini ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı səhər tezdən ziyarət etdiyi ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə açıqlayıb.
Gununsesi.info