Hərbi əsirlərin dəyişdirilməsi bu gün baş tutacaq - Məkan bəlli oldu

Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədində Qazax rayonunda hərbi əsirlərin  mübadiləsi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, “Turan” agentliy öz mənbələrinə istinadən məlumat yayıb.

Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə iki azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə əsir düşənlərdir.

İki azərbaycanlı əsgər 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.

Gununsesi.info