
ABŞ rəsmiləri “Wall Street Journal”a İsrail ordusunun Həmas-ın Qəzzadakı böyük tunel kompleksinə dəniz suyu vurmağa başladığını bildirib.
Gununsesi.info xəbər verir ki, məsələ birdən-birə dünya gündəminə gəldikdən sonra ABŞ prezidenti Co Baydenə də iddialarla bağlı sual verilib.
“Tunellərə su vurulmasına gəlincə, bu tunellərin heç birində girovların olmadığı barədə iddialar var, amma mən bunu dəqiq bilmirəm”, – deyə o bildirib.
Mütəxəssislər Qəzzada tunellərin dəniz suyu ilə doldurulmasının bölgədə nəsillər boyu davam edəcək şirin su probleminə səbəb ola biləcəyini bildiriblər.
Gununsesi.info