ABŞ kəşfiyyatından Rusiya ilə bağlı SENSASİON hesabat: Ukryanadakı itkiləri ilə bağlı ŞOK rəqəm

Rusiya-Ukrayna müharibəsinin ikinci ilinə yaxınlaşdığımız bir vaxtda ABŞ kəşfiyyatı rəsmisi Rusiya ilə bağlı bu yaxınlarda məxfiliyi ləğv edilmiş hesabatı paylaşıb.

Gununsesi.info xəbər verir ki, ABŞ mətbuatına danışan adı açıqlanmayan bir kəşfiyyat mənbəsi Ukraynada 315 min rus əsgərinin öldürüldüyü və ya yaralandığını açıqlayıb.

Mənbə bildirib ki, ABŞ kəşfiyyatının bu yaxınlarda açıqlanan hesabatına görə, Rusiya 24 fevral 2022-ci ildə 360 min əsgəri ilə Ukraynaya hücuma başlayıb və bu itkilər ümumi əsgərlərin 87 faizini göstərir.

Mənbə bildirib ki, Rusiya itkilərə görə hərbi xidmətə çağırış standartlarını yüngülləşdirib.

“İtkilərin böyüklüyü Rusiyanı müharibəni davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur etdi. Rusiya 2022-ci ilin sonunda 300 min nəfərin qismən səfərbər olunduğunu elan etdi. O, məhkumların və yaşlı mülki şəxslərin orduya cəlb edilməsinə icazə vermək üçün standartları yumşaldıb”, – deyə mənbə bildirib.

Rusiya ordusunun döyüş meydanında 1300 zirehli texnikası olduğunu və onların arasında 1970-ci illərdə istehsal olunmuş T62 tanklarının da olduğunu bildirən mənbə Ukrayna ordusunun vurduğu zərərin Rusiya ordusunun modernləşdirilməsini 18 il geriyə qoyduğu təxmin edildiyini bildirib.

Gununsesi.info