
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitro Kuleba ilə Bakı vaxtı ilə 12:00 radələrində görüşəcəyi gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu barədə görüşün təşkilatçıları “RİA Novosti”yə bildiriblər.
Qeyd edək ki, bu, Rusiya Federasiyası və Ukrayna XİN rəhbərləri arasında Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk görüşdür.
Gununsesi.info