Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsindən danışdı

“Son günlər ərzində Azərbaycan və Türkiyə Ukraynadakı vətəndaşlarının təxliyəsi ilə məşğuldur. Səfirliklərimiz qarşılıqlı dəstək formasında çalışırlar”.

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Təxliyə zamanı Türkiyə və Azərbaycan vətəndaşı arasında heç bir fərq qoyulmur“, – deyə nazir vurğulayıb.

Gununsesi.info