Maska taxmadığına görə yarım milyona yaxın insan cərimələnib

Pandemiya dövründə tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər cərimələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, ümumilikdə pademiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə 747,2 min nəfəri cərimələnib, 1 286 nəfər həbs edilib.

Gununsesi.info