Ukraynanın itkiləri açıqlandı - ŞOK RƏQƏMLƏR

Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyatını davam etdirir, zərbələr hələ də hərbi obyetktlərin məhvinə yönəlib.Rusiya-Ukrayna müharibəsi başlayandan bugünədək Ukraynanın 2911 hərbi infrastruktur məhv edilib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O qeyd edib ki, Ukraynaya məxsus 97 təyyarə, 107 PUA, 141 HHM zenit-raket kompleksi, 86 radiolokasiya məntəqəsi, 986 tank və digər zirehli hərbi maşın, 107 reaktiv yaylım atəşli sistem, 368 artilleriya və minaatan, 749 xüsusi avtomobil sıradan çıxarılıb.

General həmçinin məlumat verib ki, hazırda Mariupol uğrunda əməliyyatı aparılır.

Gununsesi.info