“Uber” əməkdaşlarına pulsuz maska paylayacaq

“Uber” əməkdaşlarına pulsuz maska paylayacaq

Amerikanın “Uber” şirkəti koronavirusla mübarizə çərçivəsində taksi sürücülərinə 10 milyon maska paylamağı nəzərdə tutub.

Gununsesi.org bildirir ki, “RİA Novosti” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, “Uber” ABŞ-da pandemiyanın episentri hesab olunan Nyu-Yorkda əməkdaşlarını maskalarla təmin edib.

Şirkətdən bildirilib ki, hazırda səhiyyə sahəsində çalışan işçilərin maska ilə təmin edilməsi prioritet hesab olunur. Bu səbəbdən, dünyanın dörd bir tərəfində fəaliyyət göstərən sürücüləri dərhal maska ilə təmin etmək qeyri-mümkündür.

Gununsesi.org

COMMENTS