
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Gununsesi.info xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.
“Kayne Zorgen Arena”da baş tutan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qola üzülüb.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.
AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
7 sentyabr
Avstriya – Azərbaycan 6:0
Qol: Ç.Adamu, 3; 40. E.Ayvu, 19. R.Şmid, 85. T.Anselm, 90; 90+3.
Baş hakim: Amin Kurqheli (Belarus).
Rid. “Kayne Zorgen Arena”.
Gununsesi.info