
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Digah qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Əhmədov Əhəd Fərzalı oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info