
Badmintonçularımız ilk MDB oyunlarında ikinci qələbəsini qazanıb.
Komandamız qrup mərhələsinin ikinci turunda Özbəkistan seçmə kollektivini 4:1 hesabı ilə məğlub edib.
Badmintonçmularımız növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 19:30-da Ermənistan yığmasına qarşı keçirəcək.
Badmintonda komanda yarışına sabah yekun vurulacaq. Komandamız 4 və 5-ci turda müvafiq olaraq Rusiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.
Xatırladaq ki, komandamız ilk turda Belarusu təmsil edən seçmə kollektivə 4:1 hesabı ilə qalib gəlib.
15:00
Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.
Gununsesi.info xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.
Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.
Gununsesi.info