“Türkiyə Küveytdə hərbi baza qurmaq üçün hazırdır” – Səfir

  • By arzu
  • 02 Sentyabr 2023 19:14

Türkiyənin Küveytdəki səfiri Tuba Nur Dönmez Küveyt-Türkiyə hərbi-təhlükəsizlik münasibətləri haqqında açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, səfir Dönmez ölkəsinin Küveytdə bir hərbi baza qurmağa hazır olduğunu söyləyib.

Bu barədə Tuba Nur Türkiyənin Küveytdəki səfirliyinin binasında 30 avqust günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Səfir tələb olacağı durumda rəsmi Ankaranın hərbi baza addımı üçün hazır olduğunu vurğulayıb.

İki ölkə arasındakı təhlükəsizlik və hərbi sahələrdəki münasibətlərdən təriflə bəhs edən Türkiyənin Küveytdəki Baş diplomatı bunun Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlarla əldə edildiyini dilə gətirib.

Səfir Küveytin tələb etdiyi bütün əsgəri təchizatı təslim etməyə hazır olduqlarını deyib.

Sifariş edilən 18 ədəd “Bayraktar TB2” pilotsuz aparatın proqnozlaşdırılan tarixdə bu ölkədə təslim ediləcəyini də sözlərinə əlavə edib.

Küveyt ordusu Türkiyədən 367 milyon dollar qarşılığında 18 ədəd “Bayraktar TB2” satın aldığını açıqlamışdı.

Qeyd edək ki, Türkiyə Asiya, Afrika və Avropada 10-dan çox ölkədə hərbi-əsgəri varlığını davam etdirir.

 

Tərcümə: Arzu

Gununsesi.info