Türkiyəli astronavt:Sinəmdə Azərbaycan bayrağı da olacaq

  • By ilhame
  • 06 İyun 2024 13:59

“Uçuş zamanı sinəmdə Azərbaycan bayrağı da olacaq”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri kosmosa səyahət edəcək ikinci türkiyəli astronavt Tuva Cihangir Atasever “Anadolu Ajansı”na müsahibəsində deyib.

 

Astronavt bildirib ki, iyunun 8-i baş tutacaq kosmos ekspediyası zamanı həm Türkiyə, həm də Azərbaycan bayrağı sinəsində olacaq: “Bu iki ölkənin bayrağı və xalqı hər zaman necə yan-yanadırsa, mənim kosmos səyahətim müddətində də bu bayraqlar yenə yanaşı olacaqlar”.

 

Qeyd edək ki, Tuva Cihangir Atasever azərbaycanəsillidir. O, kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.

Gununsesi.info