Dövlət Agentliyi jurnalistləri Füzuliyə apardı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli media nümayəndələrinin iştirakı ilə Füzuliyə mediatur təşkil edib.

Gununsesi.info  xəbər verir ki, mediatur çərçivəsində Füzuli rayonunda bu il mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Köndələnçay su anbarları kompleksi ilə, eləcə də Füzuli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası ilə tanışlıq olacaq.