İtaliya A Seriyasında mövsümün bərpasının mümkün vaxtı məlum olub.
Gununsesi.org “Corriere dello Sport”a istinadən xəbər verir ki, çempionatın mayın 20-da qaldığı yerdən start götürəcəyi ehtimal olunur.
Belə olan halda isə A Seriyasının iyulun 2-də başa çatdırılması planlaşdırılır.
Mayın 20-də koronavirus pandemiyasına görə təxirə salınmış XXV turun qarşılaşmalarının (“Atalanta” – “Sassuolo”, “İnter” – “Sampdoriya”, “Torino” – “Parma” və “Verona” – “Kalyari”) oynanılması nəzərdə tutulub.
Növbəti turların təqivimi isə belədir:
23-24 may
XVII tur
27-28 may
XVIII tur
30-31 may
XXIX tur
3-4 iyun
XXX tur
6-7 iyun
XXXI tur
10-11 iyun
XXXII tur
13-14 iyun
XXXIII tur
17-18 iyun
XXXIV tur
20-21 iyun
XXXV tur
24-25 iyun
XXXVI tur
27-28 iyun
XXXVII tur
2 iyul
XXXVIII tur
Qeyd edək ki, İtaliya A Seriyası martın 10-da dayandırılıb.
COMMENTS