Türkiyədə qanlı avtomobil qəzası – Çoxlu sayda adam öldü / FOTO

  • By arzu
  • 04 Sentyabr 2023 18:29

Türkiyənin Alaniya şəhərində avtomobil qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, içində turistləri daşıyan gəzinti avtomobili eyni istiqamətdəki digər nəqliyyat vasitəsinə çırpılıb.

Qanlı olay zamanı 3 nəfər turist həlak olub. Yol qəzası zamanı 17 adam yaralanıb.

Qəzadan sonra polislərə məlumat verilib.

Olay yerinə yanğınsöndürənlər, polis işçiləri və təcili yardım əməkdaşları cəlb edilib.

Ölənlərdən ikisi Qazaxıstan, digəri isə Rusiya vətəndaşıdır.

Yaralananlardan 6-sı Türkiyə, 7-si İsrail, ikisi Rusiya, digər ikisi isə Qazaxıstan vətəndaşlarıdır.

Tərcümə: Arzu

Gununsesi.info