Kürdəmirdə yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, Elvin Rəhimovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil işıqforda dayanmış sürücü Elcan Əhmədovun idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə birincidə olan iki sərnişin – rayon sakinləri Fəqan Fərhad oğlu Qurbanov və Amil Ramal oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info