
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ardından müxalif düşərgədə də prezidentliyə namizəd söhbəti aktuallaşıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Altılı Masa”nın vahid namizəd irəli sürmək qərarını açıqladıqdan bir neçə gün sonra HDP-nin həmsədri Pərvin Buldanın “Öz namizədimizi irəli sürəcəyik” açıqlamasını verib.
Onun bu açıqlaması siyasi kulisləri qarışdırıb.
Ekspertlər hesab edir ki, HDP-nin ayrıca namizədlə seçkiyə getməsi müxalifətin vahid namizədinin səslərini bölə bilər, bu isə Ərdoğanın yenidən qələbəsini qaçılmaz edəcək.
Tərcümə:
Afət