Londonun mərkəzində atışma - Yeddi yaşlı qız və üç qadın yaralanıb

  • By admin
  • 16 Yanvar 2023 14:47

Londonun mərkəzində, Euston stansiyasından bir qədər aralıda atışma baş verib.

54, 48 və 41 yaşlı üç qadın və yeddi yaşlı qız yaralanıb.

HTML tutorial

Gununsesi.info BBC -yə istinadən xəbər verir ki , bu barədə London polisi bildirib. London polisinin məlumatına görə, dəfn mərasiminin keçirildiyi stansiyaya bitişik küçədə kilsənin yaxınlığında hərəkətdə olan avtomobildən atəş açılıb.

Qadın və uşaq xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyəti stabildir, üçüncünün yaraları ağır olduğu bildirilir. Uşağın vəziyyəti ilə bağlı məlumat yoxdur.

Hadisə yerinə dərhal helikopter və təcili yardım maşını gəlib.

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info