
İtalyan karabinerləri “Koza nostra” mafiya təşkilatının əsas başçılarından biri Matteo Messina Denaronu həbs ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Rainews24” xəbər kanalı məlumat yayıb.
Denaro 1993-cü ildən bəri ədalət mühakiməsindən gizlənirdi və İtaliyanın ən çox axtarılan mafiozları siyahısına başçılıq edir.
Qeyd edilir ki, həbs Siciliyada, Trapani əyalətində həyata keçirilib.
Gununsesi.info