Türkiyədə nəqliyyat ödənişsiz olacaq

  • By Mina
  • 05 Aprel 2024 13:31

Türkiyədə bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq.

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

 

Belə ki, Ramazan bayramı münasibətilə Avtomobil Yolları Baş İdarəsinin (KGM) məsuliyyətində olan magistral yollar, eyni zamanda 15 İyul Şəhidlər Körpüsü ilə Fatih Sultan Mehmet Körpüsü bu gecə 00:00-dan başlayaraq aprelin 15-i 07:00-a qədər pulsuz olacaq.

 

Bununla yanaşı bu günlərdə  aprelin 10-u 00:00-dan aprelin 12-sinə qədər şəhərdaxili ictimai nəqliyyat pulsuz vətəndaşların ixtiyarına buraxılacaq.

 

Qeyd edək ki, bu təklif 23 Aprel – Milli Suverenlik və Uşaqlar Günü də qüvvədə qalacaq.

 

 

 

Gununsesi.info