
Türkiyənin Adana şəhərində bələdiyyə binasına silahlı hücum olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana Böyükşəhər bələdiyyə sədri Zeydan Karaların özəl qələm müdiri vəzifəsini icra edən Samet Güdük iş otağında naməlum şəxsin hücumuna məruz qalıb.
Ağır yaralanan Güdük xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Hadisə yerinə polis və tibb qrupu gəlib. Bədəninə 3 güllə dəydiyi bildirilən Güdük bələdiyyə yaxınlığındakı özəl xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Hücum edən şəxsin Mikayıl G. adlı bələdiyyə işçisi olduğu iddia edilib. Polis hadisə ilə bağlı araşdırma başladıb. Şübhəli polis bölməsinə gedərək təslim olub.
Gununsesi.info