Allahın bizə tanıtdırdığı düşmənin 3 növü

Allah Təala mübarək “Mumtəhənə” surəsinin 9-cu ayəsində bizə ehtiyat etməli olduğumuz düşmənlərimiz tandıtrır.

“Həqiqətən, Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Və kim onlarla dostluq etsə, məhz belə şəxslər (əsil)zalımlardır”. (“Mumtəhənə”, 9)

Bu mübarək ayədə bir neçə məqam var ki, bunlara bir-bir aydınlıq gətirməyə çalışaq.

1. Allah bizə 3 düşmən tanıtdırır: din barəsində vuruşan, bizi torpaqlarımızdan çıxardan və onlara kömək edən qüvvələr. Din barəsində döyüşən düşmən – çox böyük bir anlamdır. Bu düşmən, təkcə sənə birbaşa olaraq təcavüz etməyə də bilər. Məsələn sionistlərin Fələstində etdikləri zülmlər bu qəbildəndir. Ola bilər ki, sionistlər müəyyən mənada başqa bölgədə yaşayan müsəlmanların maraqlarına uyğun olan addımlar da ata bilər. Amma Quran məntiqi deyir ki, heç bir vəchlə din dəşməninlə dostluq əlaqələri yarada bilmərsən. Hər şey sənin maraqların prizmasından həll edilə bilməz. Çünki, əks halda müsəlmanlar ümmət halından fərdi hala düşə bilərlər ki, bu da günümüzdəki kimi, pərakəndəliyə gətirib çıxarda bilər.

2. Düşmən tək əlində silah alaraq, sizə qarşı vuruşan deyil. O anlayış səninlə düşmənçilik edən qüvvələrə yardım edənlərə də aiddir. Bu gün Azərbaycan ermənilərlə bərabər, ona yardım edən ölkələrlə də müyyən mənada müharibə aparır. Hərb meydanında olan düşmənlə savaşmaq bəzən daha asan olur. Amma birbaşa və ya dolayısı ilə düşmənə yardım edən düşmənlərin qarşısını almaq – çox vaxt düşünüldüyndən qat-qat çətin olur. Bu gün müharibə dövründə bunun da şahidi oluruq. Düşmənə kömək edən qüvvələr bəzən hərb meydanında olan düşmənin daha da cəsarətlənməsinə səbəb olur.

3. İnsan o qədər qəflətə düşə bilər ki, öz düşməni ilə belə, dostluq edəcək duruma düşə bilər. Bu ayədə ən diqqət ediləsi mövzulardan biri isə insaların öz düşmən biləcəkləri tərəflərə qarşı dostluq hisslərinin daşımasıdır. Belə ki, bu ayənin əks nəticələrini Azərbaycan 20-ci əsrdə tarixin bir çox kəsimlərində hiss edib. 1905, 1918, 1990, 1992 və s. illərdə Azərbaycan eyni düşmən tərəfindən təcavüzə məruz qalıb. Bu isə ayənin dediyi məntiqin – düşməni dost bilməyimizin acı nəticəsidir.

Digər tərəfdən, bu gün İslam dünyasına ən qatı düşmən kəsilən qüvvələrə belə, dostcasına yanaşan insanlar özləri də bilmədən İlahi məntiqin qarşısında yer alırlar. İllərlə İslam camiəsinin qanına əlini batıran mənfur sionizmin hansısa müsəlman ölkəsinə guya dost münasibət bəsləməsi – sadəcə tragikomediyadır.

4. Düşmənlə dostluq etmək,hansı şərtlər daxilində olmasından asılı olmayaraq, səni zülm əhli edər. Bu gün xüsusi diqqət etməli olduğumuz mövzulardan biri də zülm əhlinə çevrilməməyimiz üçün ayıqlığımızı bir daha əldən verməməyimizdir.

Allah ordumuz müzəffər edib, düşmənlərimizi məyus etsin!

Gununsesi.info