Ceff Bezos Aya qadın göndərir

Planetin ən zəngin insanı olan Ceff Bezosun “Blu Origin” (Blue Origin) kosmik şirkəti Aya qadın göndərmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə milyarder İnstaqram səhifəsində qeyd edib.

Bezos NASA-nın Alabamadakı “Marşall Speys” Uçuş Mərkəzində BE-7 kosmik gəmisinin sınaqdan keçirilən motorunun görüntülərini paylaşıb:

“Bu, bir qadını Ay səthinə göndərəcək mühərrikdir”, – Bezos qeyd edib.

Gununsesi.info