ABŞ-ın İsveçrənin “Crypto AG” adlı şirkətini satın alaraq, on illər ərzində, aralarında Türkiyənin də olduğu, 120-dən çox ölkənin məxfi yazışmalarını izlədiyi ortaya çıxıb.
Gununsesi.org xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” və Almaniyanın “ZDF” nəşrlərinin birgə apardığı araşdrma zamanı bir çox ölkəyə satılan şifrələmə cihazlarını istehsal edən İsveçrənin “Crypto AG” şirkətinin hələ 1951-ci ildə ABŞ tərəfindən satın alındığı məlum olub.
Xəbərə görə, bu şirkət ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Qərbi Almaniyanın kəşfiyyat xidməti (BND) casuslarına, Türkiyə daxil, 120-dən çox ölkənin məxfi yazışmalarına nəzarət etmək imkanı tanıyıb. Beləcə, Amerika və Alman kəşfiyyat strukturları on illər boyunca “Crypto AG” şirkətinin satdığı şifrələmə cihazları tərəfindən istehsal edilən məxfi yazışmaları deşifrə edib.
MKİ və BND “Crypto AG” şirkətinin 1970-2018-ci illər arasında olan əməliyyatlarına nəzarət edib. Şirkətin sonradan satıldığı və kəşfiyyat xidmətləri ilə işləməyə son qoyduğu qeyd edilir. Bu şirkətin satdığı avadanlıqlar hələ də fərqli ölkələr tərəfindən istifadə edilir. Qeydlərə görə, aralarında Avropa ölkələrinin də olduğu çoxlu sayda dövlətin diplomatik və hərbi sahədə mesajlaşmalarının izlənildiyi ehtimal olunur.
Adını açıqlamayan alman kəşfiyyat mütəxəssisinə görə, ilk olaraq “Thesaurus”, sonra “Rubicon” kod adı ilə bilinən layihədən milyonlarla dollar qazanılıb. BND əldə edilən qazancla MKİ ilə birlikdə “Crypto AG”-nin inhisarçı şirkətə çevrilməsi üçün rəqib şirkətləri də satın alaraq istifadə etdiyi məlum olub. Beləcə ABŞ və Almaniya hökumətinə etibarlı modellər satan şirkət qalan müştərilərə saxta sistemlər sataraq sonradan onlara nəzarət edib.
Gununsesi.org
COMMENTS