
2023-cü ildə Türkiyə təhlükəsizlik qüvvələri terror təşkilatının 923 üzvünü zərərsizləşdirib.
Gununsesi.info bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, PKK, FETÖ və DEAŞ terrorçularına qarşı ümumilikdə 22 mindən çox əməliyyat keçirilib.
Nazir Türkiyə hüquq-mühafizə orqanlarının terror təşkilatlarına qarşı barışmaz fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Gununsesi.info