
Baş prokuror Kamran Əliyev Xəzər rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Xəzər, Pirallahı rayonları və respublikanın digər bölgələrindən olan vətəndaşları qəbul edib.
Gununsesi.info xəbər verir ki, qəbulda iştirak edən 34 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələrə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Baş prokuror Kamran Əliyev Pirallahı rayon prokurorluğunun tikilməkdə olan yeni inzibati binasına baxış keçirərək inşaat işləri ilə yerində tanış olub.



