
Yeni Zelandiyada FİFA Qadınlar Dünya Kuboku öncəsində silahlı hücum olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, faciə zamanı 2 nəfər ölüb.
İdman yarışının açılışına saatlar qala yaşanan olay zamanı 5 nəfər yaralanıb.
Qanlıı hücum bu ölkənin Aukland şəhərinin mərkəzindəki tikinti sahəsində yaşanıb.
Polislərin açıqlamasına görə, hücumçu ölü olaraq ələ keçirilib.
Polis işçisi Andru Koster mətbuat toplantısında hücumçunun 24 yaşlı bir oğlan olmasına dair bilgi aldıqlarını söyləyib.
Tərcümə: Arzu