Bakıda institut direktoru vəfat etdi 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Gununsesi.info xəbər verir ki, R.Məmmədov 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır.

Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.

Gununsesi.info