Hakkaridə atışma təlimi zamanı 2 türk əsgəri həlak olub. Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
“15 yanvar 2020-ci ildə Hakkarinin Çukurca bölgəsində atışma təlimi zamanı meydana gələn qəzada iki qəhrəman silahdaşımız şəhid oldu, 2 əsgərimiz isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb, hazırda müalicələri davam etdirilir”, – deyə bəyanatda bildirilir.
COMMENTS